AZ

SEPAH: “12 ci gizli imam gələcək, sülh bağlamayaq Ağar yazır…

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Həmçinin oxuyun:

Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar

2006 və 2007-ci illərdə İŞİD (o vaxtlar İraqda Əl-Qaidə kimi tanınırdı) Samərradakı İmameyn ziyarətgahına hücum etdikdən sonra vətəndaş müharibəsi başladı. Bu ziyarətgahda 10-cu İmam Əli əl-Hadi və 11-ci İmam Həsən əl-Əskərinin məzarları yerləşir və 12-ci Gizli İmamın (yəni Mehdinin) buradan zühur edəcəyinə inanılır. Bu hücum İraqda məzhəb müharibəsinə səbəb oldu və yüz minlərlə insan həyatını itirdi (dəqiq bilinmir, lakin 800.000 nəfər olduğu təxmin edilir).

İndi İran İnqilab Keşikçiləri daxilində “12-ci Gizli İmam (Mehdi) gələcək, sülh bağlamayaq” kimi bəyanatlar yayılır. Samərra 2006-2007 qiyamətçiliyin (apokaliptisizm) laboratoriyası idi. Qəzza, 7 oktyabr 2023-cü ildə başlayan proses qiyamətçiliyin qlobal səhnəsinə çevrildi.

Abdullah Ağar

Bəs buradan nə başa düşməliyik və nə etməliyik?

– Bir tərəfdə “vəd edilmiş torpağa” inanan yəhudi qiyamətçilər,

– Digər tərəfdə Armageddonist-Neokon-Evangelist hərəkatlar,

– Bir tərəfdə “Millenniumçu FETÖ-çu” və s. strukturlar,

– Bir tərəfdə “Böyük döyüş”ə inanan sünni qiyamətçilər,

– Bir tərəfdə Mehdiyə inanan şiə qiyamətçilər…

Problem apokalipsisə inanmaqda deyil, onun gəlişini sürətləndirmək üçün qan tökməyə bəraət qazandıran düşüncədir. Bax, Allah nə deyir: “Səndən qiyamətin vaxtı haqqında soruşarlar… Bu, yalnız Rəbbimə məlumdur.” (Əraf 7:187) Qiyamətçilik teosiyasi terrorizmdir. Müharibə aparıb “Mən qiyaməti tezləşdirəcəyəm” deyərək insanları öldürənlər qiyaməti gətirə bilməzlər, onlar bununla bəşəriyyəti və gələcəyi öldürürlər. Qiyamət saatını bu insanlardan öyrənən bir cəmiyyət, saatlı bombaya çevrilir. “Saatını bilmədiyin qiyamətin əqrəbi olma”.

Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar

Tərcümə etdi: Gülnar Səlimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr