AZ

Azərbaycanda xalça istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb

Bu ilin birinci rübündə Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı isə 5 min kvadratmetr təşkil edib.

Ötən üç ayda Azərbaycandan xarici bazarlara 60,1 min  dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çoxdur.

Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə 4 milyard 617,37 min dollar təşkil edib ki, bu da illik müqayisədə 1,9 faiz azdır. Cari ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan xalçalar əsasən Çin, İran və Türkiyədən gətirilib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
2
4
azerbaijan-news.az

9Mənbələr