AZ

42 yaşında “daha bəsdi” dedi

Nəhayət, Oskar Kardoso çoxdan gözlənilən qərarı verib. Paraqvaylı futbolçu peşəkar karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, 42 yaşlı hücumçu bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.

Sonuncu klubu 2017-ci ildən formasını daşıdığı “Libertad” olan Oskar karyerası ərzində ölkəsində “3 de Febrero”, “Nasyonal Asunsyon”, ölkə xaricində isə “Nyuellz Old Boyz”, “Benfika”, “Trabzonspor” və “Olimpiakos”da çıxış edib.

Paraqvay yığmasında 2006-23-cü illərdə çıxış edən Oskar milli formada 58 oyunda 12 qol vurub.

Seçilən
26
1
football-plus.az

2Mənbələr