AZ

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndi şəhərində yeni filialını açacaq.

Modern.az xəbər verir ki, təhsli kompleksi Xankəndi filialında 2026-2027-ci tədris ili üçün məktəbəqədər və ibtidai bölmələr üzrə şagird qəbulu elan edib.

"25 illik təcrübə və güclü dəyərlərlə minlərlə şagirdin təhsil yoluna işıq salan MTK, milli köklərə sadiq, beynəlxalq standartlara cavab verən təhsil modelini doğma Qarabağa daşıyır. Təhlükəsiz, innovativ və dəyərlərə əsaslanan təhsil mühiti ilə yeni nəsil burada formalaşacaq", - deyə Təhsil Kompleksindən bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
2
modern.az

3Mənbələr