Rühəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.
Ölkə.az-ın milli.az-a istinadən məlumatına görə, əməkdar artist bildirib ki, illər ərzində topladığı geyim kolleksiyası kifayət qədər böyükdür. Onun sözlərinə görə, ən azı 10 ədəd, hər biri 6 qapılı şkafı geyimlərlə doludur:
"Geyimlərim təkcə bir evdə deyil, digər evimdə də var".
Müğənni əlavə edib ki, onun üçün toy məkanının bahalılığı heç vaxt önəm daşımayıb: "Həmişə öz ampluamda olmuşam, özümə yaraşanı geyinib getmişəm".
Rühəngiz Allahverdiyeva geyimlərin insan həyatına təsir etdiyini də vurğulayıb. O, qeyd edib ki, bəzi paltarların insana uğur gətirdiyinə inanır: "Elə geyimlər var ki, insana ruzi gətirir, yolları açır. Qırmızı rəng də çox gözəldir, hətta xəstəlikləri dəf edən rəngdir".
Sənətçinin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olu