AZ

İmişli sakinini elektrik cərəyanı vurub

İmişli, 20 aprel, AZƏRTAC

İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Seçilən
59
6
azertag.az

10Mənbələr