AZ

Brunu Fernandeşin "Mançester Yunayted"də qalmaq üçün bir istəyi var

"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş " Old Trafford"da qalmaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, portuqaliyalının bunun üçün bir istəyi var. 

"The Sun" qəzetinin məlumatına görə, "Yunayted" Çempionlar Liqasına vəsiqə qazanarsa, Fernandeş yayda seçimini İngiltərə nəhənginin xeyrinə edəcək. Əks halda, o, cəlbedici təkliflər aldığı Səudiyyə Ərəbistanına yollanacaq.

"Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində üçüncü yerdədir və Çempionlar Liqasında yerini demək olar ki, təmin edib.

Cari mövsüm Premyer Liqada 30 matça çıxan Brununun hesabında 8 qol və 18 assist var. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr