AZ

Aysun toylara bu qiymətə gedir - 1 saatı...

Aysun İsmayılova toylardan əldə etdiyi qazancdan danışıb.

“Yeni Sabah” xəbər verir ki, ifaçı ölkə xaricindəki toylara 1 saatı 6 min dollara getdiyini deyib.

Tarix Əliyevin “Səmimi” verilişində qonaq olan Aysun bildirib ki, digər müğənnilər bütün toyu o qiymətə oxuyur:

“Bunu özləri də, produserləri də bilir. Onlar 6 min dollara bütün toyu oxuyurlar. Mən isə o qiymətdən əlavə 1 biznes, 1 ekonom uçuş və otel tələb edirəm. Toyda isə 1 saat ifa edirəm. Yarım saat bir, yarım saat da bir. Saat 6-dan 12-yə kimi toyda iştirak etmirəm. Onlar bütün məclisi idarə edirlər. İlk gündən belə başlamışam. Bütün toyu o halda ifa edirəm ki, həmin məclisi anam idarə etsin”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr