AZ

10 dənə 6 qapılı dolab dolusu geyimim VAR

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Rühəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, əməkdar artist bildirib ki, illər ərzində topladığı geyim kolleksiyası kifayət qədər böyükdür. Onun sözlərinə görə, ən azı 10 ədəd, hər biri 6 qapılı şkafı geyimlərlə doludur:

"Geyimlərim təkcə bir evdə deyil, digər evimdə də var".

Müğənni əlavə edib ki, onun üçün toy məkanının bahalılığı heç vaxt önəm daşımayıb: "Həmişə öz ampluamda olmuşam, özümə yaraşanı geyinib getmişəm".

Rühəngiz Allahverdiyeva geyimlərin insan həyatına təsir etdiyini də vurğulayıb. O, qeyd edib ki, bəzi paltarların insana uğur gətirdiyinə inanır: "Elə geyimlər var ki, insana ruzi gətirir, yolları açır. Qırmızı rəng də çox gözəldir, hətta xəstəlikləri dəf edən rəngdir".

Sənətçinin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
news.milli.az

4Mənbələr