Rumıniya milli komandasının yeni baş məşqçisi bəlli olub.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, komandaya George Haci rəhbərlik edəcək.
Rumın mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.
"Qalatasaray"ın əfsanəvi siması sonuncu dəfə vətəni Rumıniyada "Vitorul"u çalışdırıb. Haci 2025-ci ildə sahibi olduğu "Vitorul" klubundakı məşqçilik vəzifəsindən istefa verib.
Qeyd edək ki, Mirça Luçeskunun vəfatından sonra o, Rumıniya millisini çalışıdırırdı.