AZ

Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib

2026-cı ilin I rübünün sonuna Azərbaycan banklarının aktivlərinin ümumi həcmi 57 milyard 612.2 milyon manata çatıb.

Banker.az xəbər verir ki, bu göstərici 2025-ci ilin IV rübü ilə müqayisədə təxminən 1.6% artım deməkdir.

Aktivlərin 30 milyard 43 milyon manatı müştərilərə verilən kredit portfeli təşkil edib. Bu da ilin əvvəlindəki 29 milyard 786.2 milyon manatla müqayisədə 0.9% artımdır.

Ən iri beş bank – ABB, Kapital Bank, PAŞA Bank, Xalq Bank və Bank Respublika-nın aktivlərinin cəmi 40 milyard 820.6 milyon manat təşkil edib ki, bu da ümumi sektorun təxminən 70.9%-ni əhatə edir. Top-5 bankların aktivləri əvvəlki rüblə müqayisədə təxminən 1.4% və ya 555 milyon manat artım göstərib.

Ən böyük aktivlərə malik banklar isə aşağıdakılardır: ABB 14.31 milyard manatla birinci, Kapital Bank 11.80 milyard manatla ikinci, PAŞA Bank 9.05 milyard manatla üçüncü, Xalq Bank 3.02 milyard manatla dördüncü və Bank Respublika 2.64 milyard manatla beşinci pillədə qərarlaşıb.

Seçilən
20
banker.az

1Mənbələr