AZ

Qan şəkərini tənzimləyən MEYVƏLƏR

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Dietoloq, tibb elmləri doktoru Meqqi Bell qan şəkərinin səviyyəsini sabit saxlamaq üçün rasiona mütləq daxil edilməli iki əlçatan meyvənin adını açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun tövsiyələri “Eating Well” nəşrində dərc olunub.

Həkim bildirib ki, qlükoza səviyyəsinin stabilləşməsinə müntəzəm olaraq alma və portağal istehlakı kömək edir. Onun sözlərinə görə, bu meyvələrdə bol miqdarda olan lif şəkərin qana sorulmasını ləngidir.

Bell əlavə edib ki, bu meyvələr liflə yanaşı, müxtəlif minerallar, vitaminlər və bioloji aktiv bitki birləşmələri ilə zəngindir və ümumi qan şəkəri səviyyəsinə müsbət təsir göstərir.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
redaktor.az

2Mənbələr