AZ

Məşhur müğənnini toyda döymək istədilər

Müğənni Əminə Şirin maraqlı açıqlaması ilə gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, sənətçi iştirak etdiyi toylardan birində yaşanan qalmaqallı hadisəni xatırladaraq bildirib ki, həmin məclisdə gəlinin anası onun ifasına görə əsəbiləşib və hətta onu döymək istəyib.

Əminə Şirin qeyd edib ki, idarə etdikləri toylarda müxtəlif janrlarda – həm milli mahnılar, həm də caz ifa edirlər:

“Toyların birində idik. Biz bütün janrlarda oxuyuruq. Bir az caz da ifa edirdim, əsasən milli mahnılar olurdu ki, insanlar rəqs etsin. Mən caz oxuyanda gəlinin anası çox əsəbiləşmişdi. Dedilər ki, əsəbiləşib, səni döymək istəyir. Mənə dedilər, get maşında otur. O vaxtlar çılğın idim, indi də fərqli deyiləm. Dedim ki, necə yəni döymək istəyir, nə ixtiyarı var? Sağ olsun desin ki, toyunu konsert kimi idarə edirəm”.

Müğənni əlavə edib ki, vəziyyəti sakitləşdirmək üçün ona müdaxilə edilib. O bildirib ki, həmin vaxt prodüser Vaqif Gərayzadə ona maşında oturmağı tövsiyə edib. Daha sonra isə müğənni Samir Piriyev vəziyyətin sakitləşdiyini bildirərək onu yenidən səhnəyə dəvət edib.

Sənətçi onu da vurğulayıb ki, həmin dövrdə o, “Aypara” qrupunda Samir Piriyevlə birlikdə fəaliyyət göstərirdi.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu açıqlama izləyicilər tərəfindən maraqla qarşılanıb.

Seçilən
7
7
nocomment.az

8Mənbələr