AZ

"İlan"ın "Maska"sının altında o məşhur imiş

“Maska” layihəsinin növbəti buraxılışı izləyicilərin böyük marağına səbəb olub. İctimai Televiziya və Radio Yayımları Şirkəti ekranlarında yayımlanan şou bu dəfə də həyəcanlı anlarla yadda qalıb.

Musavat.com-un məlumatına görə, proqramın final mərhələsində “İlan” və “Cücə” obrazları üz-üzə gəlib.

Gərgin keçən səsvermənin nəticəsində auditoriya “Cücə” obrazını şouda saxlamağa üstünlük verib. Beləliklə, “İlan” obrazı layihə ilə vidalaşıb.

Şounun ən maraqlı məqamı isə məhz bu anda yaşanıb. “İlan” maskasının arxasındakı məşhur sima açıqlanıb və onun rejissor Ülviyyə Könül olduğu bəlli olub. Onun performansı həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, layihənin münsif kürsüsündə Azərbaycanın tanınmış simaları yer alır: Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, eləcə də müğənnilər Nigar CamalMurad Arif iştirak edirlər.

Könül
Musavat.com 

Seçilən
10
musavat.com

1Mənbələr