AZ

Evdən 8 min manatlıq qızıl oğurlandı


Maştağada evdən 8000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.
Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.
Seçilən
19
24
yeniavaz.com

10Mənbələr