AZ

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi - Anasından ŞOK AÇIQLAMAVİDEO

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.

Xezerxeber.az-ın xəbərinə görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Yeniyetmənin anası Günel Əmrahova isə bildirib ki, 15 yaşlı qızına təcavuz ediblər:

“Öz qonşumuz təcavuz edib. Hamilə qalıbdı. Aprelin 14-də doğuş olub. Oğlandır.  Xəbərim olmayıb. Birdə martın 31-i qızımı həkimə aparmışam, orada bilmişəm ki, hamilədir. Ona qədər bilməmişəm. Qızda indi deyir ki, qonşudur”.

Seçilən
21
32
xezerxeber.az

10Mənbələr