Bakı, 20 aprel, AZƏRTAC
Qadın basketbolçular arasında Avroliqada mövsümə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin finalında Türkiyə təmsilçiləri "Fənərbağça" və "Qalatasaray" üz-üzə gəliblər. İspaniyanın Saraqosa şəhərində keçirilən qarşılaşma "Fənərbağça"nın 68:55 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "sarı-lacivərdlilər" 3-cü Avroliqa çempionluğu olub. Komanda indiyədək turnirdə 7 dəfə final oynayıb.