AZ

Şahin Mustafayev Antalya Diplomatik Forumunun panelində çıxış edib

Antalyada, Antalya Diplomatik Forumunun sonuncu günü çərçivəsində türk inteqrasiyasının tarixi və müasir ölçülərinə həsr olunmuş "Dil və Kimlik Əsri: Bakı Türkologiya Qurultayından Türk İnteqrasiyasına" adlı sessiyada beynəlxalq təşkilatların rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri və türk ölkələrindən siyasətçilər iştirak edib.

Astanadakı Türk Akademiyası mətbuat xidmətinin verdiyi məlumata görə müzakirədə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın yüz illiyinə,  eləcə də türk ölkələrinin dil və mədəni yaxınlaşmasını gücləndirən müasir təşəbbüslərə, o cümlədən Ortaq Türk Əlifbasının qəbul edilməsinə və UNESCO-nun 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan edilməsi qərarına yönəldilib.

Paneldə çıxış edən Şahin Mustafayev qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay müasir elmi türkologiyanın inkişafı üçün təməl və türk xalqları üçün ortaq intellektual məkanın formalaşmasında ilk genişmiqyaslı təcrübəyə çevrilib.

Ş.Mustafayev deyib:"Bakı Türkoloji Qurultayı müasir türkologiya üçün başlanğıc nöqtəsi olub və onun ideyaları bu gün rəqəmsal dövr və institusional qarşılıqlı təsir kontekstində yeni məna kəsb edir".  

Türk Akademiyasının rəhbəri onu da vurğulayıb ki, Bakı Türkoloji Qurultayının intellektual irsi bu gün Akademiyanın fəaliyyətində praktik davamını tapır və onlar türk ölkələrinin ortaq tarixinin yazılması, ədəbiyyatın tədqiqi, terminologiyanın standartlaşdırılması və rəqəmsal mədəni irs sahəsində təşəbbüslərin inkişaf etdirilməsi layihələrini həyata keçirirlər.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Seçilən
20
xalqqazeti.az

1Mənbələr