AZ

Ərizə qəbulu başa çatır

Yazını böyüt
Yazını kiçilt

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Hafta.az-a bildirilib ki, namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının “ekabinet.dim.gov.az” səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları “epayment.dim.gov.az” internet səhifəsində verilib.

Namizəd 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin mayın 3 də keçirilməsi planlaşdırılır.

Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) “məqbul” nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün “Namizədin elektron ərizəsi” formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizəd tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”inin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidir.

Seçilən
0
49
hafta.az

10Mənbələr