AZ

İranda internet 52 gündür ki, yoxdur

İranda internet məhdudiyyətlərinin uzunmüddətli davam etdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, "NetBlocks"un məlumatına görə, İranda internetin kəsilməsi artıq 52-ci günə daxil olub.

Məlumata əsasən, hakimiyyət orqanları yalnız müəyyən qruplara internetə giriş imkanı yaradır, geniş ictimaiyyət isə beynəlxalq şəbəkələrdən tamamilə təcrid olunmuş vəziyyətdə qalır.

"NetBlocks" bildirib ki, ölçmələr ölkə üzrə internetin ciddi şəkildə məhdudlaşdırıldığını və yalnız seçilmiş istifadəçilərə qismən çıxış verildiyini göstərir.

Qurum əlavə edib ki, fasilə ümumilikdə 1224 saatdan artıq davam edib və bu müddət ərzində şəbəkə bağlantısı normal rejimə qayıtmayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
6
1
redaktor.az

2Mənbələr