AZ

"Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib

"Zirə”

“Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib.

AZƏRTAC xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb. Premyer Liqanın XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların heç-heçələrindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/2016-cı illər mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

Seçilən
16
12
xalqcebhesi.az

10Mənbələr