AZ

İbrahim Əzizi: İran ABŞ ilə danışıqlarda vaxt itirmək istəmir

BAKI, 20 aprel. TELEQRAF

“İran ABŞ ilə mənasız danışıqlarda vaxt itirmək niyyətində deyil”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bildirib.

“Danışıqlarda iştirakımızla bağlı heç bir narahatlığımız yoxdur. Amma biz danışıqları vaxt itirmək məqsədilə qəbul etmirik. Danışıqlar İran üçün konkret və aydın nəticələrə gətirib çıxarmalıdır. Ancaq Amerika hələlik bu danışıqlarda öz mövqeyini dəqiq müəyyən edə bilməyib”, - o qeyd edib.

Seçilən
33
1
teleqraf.com

2Mənbələr