AZ

ABŞ, Yaponiya və digər ölkələrin 17 mindən çox hərbçisi Filippində təlimlərə başlayıb

Bakı, 20 aprel, AZƏRTAC

ABŞ, Yaponiya və digər ölkələrdən olan 17 mindən çox hərbçi Filippində “Balikatan” təlimlərinə başlayıb. Təlimlərə döyüş atışları da daxildir.

AZƏRTAC xəbər verir ki, PNA agentliyi bu barədə Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Romeo Braunerə istinadla məlumat yayıb. Manevrlərə ABŞ, Avstraliya, Kanada, Fransa, Yaponiya və Yeni Zelandiyanın silahlı qüvvələri cəlb olunub. Təlimlər zamanı qoşunlar hava və raketdən müdafiə texnikaları, eləcə də dəniz təhlükəsizliyi, sualtı qayıqlara qarşı mübarizə, düşmən gəmilərinə desant çıxarılması və xilasetmə əməliyyatlarını məşq ediləcəklər.

Agentliyin məlumatına görə, mayın 8-dək davam edəcək manevrlərə 10-dan çox ölkə müşahidəçi qismində cəlb olunub.

Seçilən
18
3
azertag.az

4Mənbələr