AZ

Müdafiədə ən az iştirak edən futbolçuların siyahısı açıqlandı - Messi Ronaldudan öndədir

BAKI, 20 aprel. TELEQRAF

Dünya klublarında müdafiədə ən az iştirak edən futbolçuların siyahısı açıqlanıb.

Teleqraf “CIES”ə istinadən xəbər verir ki, reytinq topa sahib olunmayan anlarda oyunçuların komanda yoldaşları ilə müqayisədə qət etdiyi məsafəyə əsasən hazırlanıb.

Siyahıda ilk pillədə “İnter Mayami”nin futbolçusu Lionel Messi qərarlaşıb, Artyom Dzyuba (“Akron”) və Kriştianu Ronaldu (“Əl-Nəsr”) ikinci yeri bölüşür.

Dördüncü sırada Sebastyan Vilya (“İndependyente Rivadaviya”) yer alıb. 5-7-ci pillələrdə Mirlind Daku (“Rubin”), Kilian Mbappe (“Real”) və Con Kordoba (“Krasnodar”) qərarlaşıb. Səkkizinci yerdə Mussa Dembele (“Əl-İttifaq”) bulunur. Siyahını 9-10-cu pillələrdə Viktor Osimhen (“Qalatasaray”) və Moyze Kin (“Fiorentina”) tamamlayır.

Seçilən
22
teleqraf.com

1Mənbələr