AZ

Qubada bir neçə məktəbdə maarifləndirici tədbirlər keçirilib – Gənclərə vacib mesajlar verilib - Foto » AzadMedia.az



Bakı, 20 Aprel - Azadmedia.az

Quba Rayon Polis Şöbəsi tərəfindən Qırmızı Qəsəbə, Zizik, Vladimirovka və Alekseyevka kənd tam orta məktəblərində narkomaniya və erkən nikaha qarşı silsilə maarifləndirici tədbirlər keçirilib.

Belə ki, görüşlərdə şagirdlərə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, eləcə də erkən nikahın yaratdığı sosial və hüquqi problemlər barədə ətraflı məlumat verilib. Gənclərə sağlam həyat tərzi seçməyin, təhsilə üstünlük verməyin və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi izah olunub.
Tədbirlər çərçivəsində həmçinin Polis Akademiyası barədə məlumat verilib, akademiyada təhsil imkanları və qəbul qaydaları haqqında şagirdlərə danışılıb.

Görüşlər interaktiv formada keçib, məktəblilərin sualları cavablandırılıb və belə tədbirlərin gənclərin düzgün istiqamətdə formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb.
Seçilən
2
1
azadmedia.az

2Mənbələr