Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiyanın birinci liqa təmsilçisi “SKA-Xabarovsk”un əslən azərbaycanlı qapıçısı İslam İmamov yeni mövsümə yeni komandada başlaya bilər. Bizim.Media xəbər verir ki, İmamovun Rusiya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq. 24 yaşlı futbolçunun xidmətində Premyer Liqa klublarımız maraqlıdır.
Mövsüm bitdikdən sonra klublarımızın İmamov üçün mübarizə aparacağı gözlənilir. Əgər danışıqlar müsbət yekunlaşarsa, İslamın klublarımızdan birinin təklifini dəyərləndirərək, karyerasını Azərbaycanda davam etdirmək istəyinin də olduğu bildirilir.
Qeyd edək ki, həmyerlimiz “Legion-Dinamo”, “İjorets”, “Zvezda”, “Kuban Holdinq” klublarında çıxış edib. Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.