AZ

Sonuncu uşaq da evə vuraxıldı

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sumqayıtda dəm qazından zəhərlənən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilərək aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

"2018-ci il təvəllüdlü qadın cinsli pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib", - məlumatda deyilir.

Xatırlatma: bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
24
yenisabah.az

10Mənbələr