AZ

Əhali xərclərinin yarıdan çoxu ərzağa gedir - yeni statistika

2026-cı ilin ilk üç ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsində artım qeydə alınıb.

News365.az xəbər verir ki, Bu dövrdə istehlakçılara ümumilikdə 15 milyard 927 milyon manat dəyərində məhsul satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.7 faiz çoxdur.

Bu barədə açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, satışların 8 milyard 774 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 7 milyard 152 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşür. Statistikaya əsasən, ərzaq məhsulları üzrə artım 1.3 faiz, qeyri-ərzaq seqmentində isə 6.6 faiz təşkil edib.

Rəqəmlər göstərir ki, əhalinin xərclərinin əsas hissəsi yenə də qida məhsullarına yönəlir – ümumi xərclərin təxminən 55 faizi bu kateqoriyanın payına düşür.

Eyni zamanda bəzi sahələrdə daha yüksək artım tempi müşahidə olunub. Xüsusilə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına tələbat 32.6 faiz artıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faizlik yüksəliş qeydə alınıb. Ekspertlərə görə, dərman vasitələrinə xərclərin artması həm tələbin yüksəlməsi, həm də qiymətlərin bahalaşması ilə bağlıdır.

Seçilən
5
news365.az

1Mənbələr