AZ

İtkin düşən 16 yaşlı şahmatçı ölü tapılıb

Türkiyənin Isparta şəhərində itkin düşən 16 yaşlı milli şahmatçı Feyza Keskinin cansız bədəni tapılıb. 

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, gənc şahmatçı səhər saatlarında evindən çıxıb və daha sonra ondan xəbər almaq mümkün olmayıb.

Ailəsinin müraciətindən sonra polis tərəfindən axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində Feyza Keskinin cansız bədəni şəhərdəki boş bir tikinti sahəsində aşkarlanıb.

Hadisənin səbəblərinin müəyyən edilməsi üçün istintaq davam etdirilir. 

 

Seçilən
15
azedu.az

1Mənbələr