AZ

Qlobal bazarlar yeni həftəyə gərginliklə başladı

Qlobal maliyyə bazarları yeni həftəyə artan geosiyasi risklərin təsiri ilə qarışıq dinamika ilə start verib.

Day.Az xəbər verir ki, ABŞ və Avropa üzrə fyuçers indeksləri eniş göstərdiyi halda, Asiya bazarlarında texnologiya sektorunun dəstəyi ilə müsbət meyl üstünlük təşkil edir.

ABŞ-İran gərginliyinin yenidən artması, xüsusilə Hörmüz boğazı ətrafında qeyri-müəyyənliyin yüksəlməsi enerji bazarlarında qiymətlərin artmasına səbəb olub. Brent markalı neftin qiyməti təxminən 3,6% yüksələrək 91,4 dollar səviyyəsinə çatıb.

Enerji qiymətlərindəki artım inflyasiya təzyiqlərini gücləndirərək ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyini 4,26%-ə qaldırıb. Eyni zamanda, riskdən qaçma meyli fonunda dollar güclənib və dollar indeksi 98,3 səviyyəsinə yüksəlib. Qızıl isə əks istiqamətdə hərəkət edərək ucuzlaşıb və unsiya üzrə 4 790 dollar səviyyəsinə enib.

ABŞ və Avropa bazarları əvvəlki sessiyanı müsbət başa vursa da, yeni həftəyə fyuçerslərdə enişlə başlayıb. Asiya bazarlarında isə Yaponiya, Cənubi Koreya, Çin və Honq Konq indekslərində artım müşahidə olunur, lakin yüksək enerji qiymətləri regionda qazancı məhdudlaşdırır və inflyasiya risklərini artırır.

Seçilən
11
day.az

1Mənbələr