AZ

Hindistanda fabrikdə baş verən partlayışda ən azı 25 nəfər ölüb

Hindistanın cənubundakı Tamil Nadu əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, ştat polisi jurnalistlərə bildirib ki, partlayış zamanı fabrikdə təxminən 40 işçi olub. Partlayış o qədər güclü olub ki, bir neçə istehsal müəssisəsini dağıdıb. Yaralılar xəstəxanalara aparılıb, bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. İstintaq başlayıb. İlkin məlumatlara görə, partlayış təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib.

Seçilən
23
1
ucnoqta.az

2Mənbələr