AZ

Bolqarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb – Radev öndədir


Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilən məlumatlara əsasən, bülletenlərin 68,34%-nin sayılmasından sonra sabiq prezident Rumen Radevin rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” koalisiyası seçkilərdə önə çıxıb.
Yerli vaxtla səhər saat 07:00-a olan nəticələrə görə, koalisiya səslərin 44,5%-ni toplayaraq lider mövqeyini qoruyur.
Seçkilərdə digər əsas siyasi qüvvələrin nəticələri isə belədir:
“Dəyişikliyə Davam Et” bloku və Demokratik Bolqarıstan – 14,002%
GERB və SDS – 13,104%
Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat – 5,386%
İntibah Partiyası – 4,516%
Qeyd edək ki, səsvermə bazar günü keçirilib. 52-ci Xalq Məclisindəki 240 deputat yeri uğrunda ümumilikdə 14 partiya və 10 koalisiyanın nümayəndələri mübarizə aparıb.
Seçilən
23
yeniavaz.com

1Mənbələr