AZ

Çernobılda "mutantlar" var? - Alimlər tədqiqat apardılar

Çernobılın qadağan olunmuş zonasında heyvanlar arasında kütləvi mutasiyaların olmadığı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çernobıl qoruğunun elmi şöbəsinin rəhbəri Denis Vişnevski "RBK-Ukrayna"ya açıqlama verib.

Onun sözlərinə görə, heyvanların müşahidəsi zamanı alimlər nəzərəçarpan xarici anomaliyalar aşkar etməyiblər. Vizual baxımdan zonada yaşayan canlılar digər regionlardakı növlərdən fərqlənmir.

Alim qeyd edib ki, hazırkı radiasiya səviyyəsi kütləvi mutasiyalara səbəb olacaq qədər yüksək deyil. Bundan əlavə, vəhşi təbiətdə təbii seçmə ciddi anomaliyaları olan fərdləri aradan qaldırır və onların sağ qalmasına imkan vermir.

Beləliklə, Çernobıl zonasında "mutantlar"la bağlı geniş yayılmış fikirlərin reallığı əks etdirmədiyi vurğulanıb.

Seçilən
8
3
bakivaxti.az

4Mənbələr