Məlumata görə, asteroidin ölçüsü təxminən üç futbol meydançasına bərabərdir. Bildirilir ki, o, bəzi peyklərdən də daha yaxın məsafədən keçəcək.
Qeyd olunur ki, bu səma cismini teleskopsuz, adi gözlə də müşahidə etmək mümkün olacaq.
NASA “Xaos tanrısı” adlandırılan asteroidi potensial təhlükəli obyektlər siyahısına daxil edib. Bununla belə, bu status onun mütləq Yerə çırpılacağı anlamına gəlmir.