sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann "Bavariya"nı çempionluq münasibəti ilə təbrik edib. Yığmanın çalışdırıcısı bununla bağlı "Bayern & Germany"-yə açıqlama verib:
"Bavariya"nı təbrik edirəm. Vinsent Kompani yaxşı komanda formalaşdırıb. Əlbəttə ki, milli komanda oyunçuları üçün xüsusilə sevinirəm. Bu yay bizi ciddi işlər gözləyir. "Bavariya" üçün hər matçda göstərdikləri qələbə ruhu və özünəinam həqiqətən təsirlidir. Ümid edirəm ki, bu, yayda keçiriləcək dünya çempionatında da öz əksini tapacaq".
Qeyd edək ki, "Bavariya" ardıcıl ikinci mövsüm çempionluğu bayram edir. Ümumilikdə isə Münhen klubunun 35 titul var ki, bu da bütün zamanların rekordudur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.