İranla müharibənin dərinləşdirdiyi enerji böhranı Avropada Rusiya qazı və neftinə qayıtmaq çağırışlarına səbəb olub. İtaliya Baş nazirinin müavini Matteo Salvini Avropa Birliyini Rusiya enerji ehtiyatlarının alışını bərpa etməyə çağırıb.
ABŞ-ın Rusiya neftinə qarşı bəzi sanksiyaları müvəqqəti olaraq dayandırmaq qərarını xatırladan Salvini bildirib ki, Brüssel də eyni yanaşmanı qəbul etməlidir. İtaliyalı siyasətçi bildirib ki, Avropa Rusiya ilə birbaşa münaqişədə deyil və enerji siyasətinə daha praqmatik yanaşma zəruridir.
Tahir TAĞIYEV