AZ

Zelenski PUA-larla bağlı üç ölkə ilə 10 illik müqavilələr imzalandığını açıqlayıb

BAKI, 20 aprel. TELEQRAF

Volodimir Zelenski Ukraynanın pilotsuz uçuş aparatları sahəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə 10 illik müqavilələr bağladığını bildirib.

Teleqraf xəbər verir ki, onun sözlərinə görə, artıq 11 ölkədən bu sahə üzrə müraciətlər daxil olub və əməkdaşlıq əsasən Yaxın Şərq və Fars körfəzi regionunu əhatə edir.

Zelenski qeyd edib ki, razılaşmalar çərçivəsində birgə istehsal nəzərdə tutulur. Bu məqsədlə həm Ukrayna ərazisində, həm də xarici ölkələrdə istehsal xətlərinin yaradılması planlaşdırılır.

O əlavə edib ki, Avropa ölkələri ilə də bu istiqamətdə iş aparılır. Bu sıraya Almaniya, İtaliya, Norveç, İsveç və Niderland daxildir.

Ukrayna prezidenti vurğulayıb ki, yaxın gələcəkdə bu ölkələrlə də oxşar layihələrin həyata keçirilməsi gözlənilir.

Seçilən
17
teleqraf.com

1Mənbələr