AZ

ABŞ-nin Florida ştatında təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-nin Florida ştatının Tampa şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb.

"Report"un xəbərinə görə, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Məlumata görə, "Cessna" təyyarəsi səhər yerli vaxtla erkən saatlarda havaya qalxdıqdan sonra naməlum səbəbdən yerə çırpılıb. Təyyarə yaşayış binasının həyətinə düşərək, yanğına səbəb olub, lakin binaya minimal ziyan dəyib.

ABŞ-nin Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası və Federal Aviasiya İdarəsi qəzanın səbəbini araşdırır.

Seçilən
20
far.az

1Mənbələr