AZ

"Arsenal" son altı oyundan cəmi birində qalib gəlib

"Arsenal" bütün yarışlarda son altı oyundan cəmi birində qalib gəlib.

"Report" xəbər verir ki, London klubu son oyununda - İngiltərə Premyer Liqasının XXXIII turunda "Mançester Siti"yə 1:2 hesabı ilə məğlub olub.

Komanda bundan əvvəl "Sportinq"lə 0:0 hesabı ilə heç-heçə edib, "Bornmut"a 1:2, "Sauthempton"a 1:2 və "Mançester Siti"yə 0:2 hesabı ilə uduzub. Komanda son altı oyunda yeganə qələbəni "Sportinq"ə (1:0) qarşı matçda qazanıb.

Bununla belə, "Arsenal" İngiltərə Premyer Liqasında 70 xalla liderlik edir. "Mançester Siti" 67 xalla ikinci yerdədir. Qeyd edək ki, "şəhərlilər"in ehtiyatda bir oyunu var.

Komandanın növbəti oyunu İngiltərə Premyer Liqasında "Nyukasl"a qarşı olacaq. Oyun aprelin 25-də keçiriləcək.

Seçilən
17
far.az

1Mənbələr