Bakı. Trend:
ABŞ-nin Tampa şəhəri yaxınlığında təyyarənin qəzaya uğramasınəticəsində pilot həlak olub.
Trend-in məlumatına görə, bu barədə "CBS News" televiziya kanalıxəbər verib.
Məlumata əsasən, "Cessna" təyyarəsi 19 aprel yerli vaxtla səhərtezdən havaya qalxdı və bundan sonra təxminən saat 08:35-dəqeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Onun qəzaya uğramasınəticəsində yaşayış binasının həyətində yanğın baş verib və binanınözü yüngül ziyan görüb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiyaİdarəsi hadisə ilə bağlı araşdırma aparır.