AZ

KİV: İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var

BAKI, 20 aprel. TELEQRAF

İran daxilində Hörmüz boğazı məsələsi ətrafında siyasi parçalanma yarandığı iddia olunur.

Teleqraf xəbər verir ki, “The Wall Street Journal” nəşri ekspertlərə və mənbələrə istinadən bildirir ki, ölkədə radikal qüvvələrlə daha mötədil siyasi qanad arasında fikir ayrılığı dərinləşib.

Qeyd olunur ki, bu gərginlik İslam İnqilabı Keşikçiləri Korpusu nümayəndələrinin İran xarici işlər naziri Abbas Əraqçi tərəfindən Hörmüz boğazının açılması ilə bağlı açıqlamasına etiraz etməsindən sonra daha da artıb.

Bildirilir ki, nazirin açıqlaması atəşkəsin başa çatmasına yaxın dövrdə çeviklik nümayiş etdirmək cəhdi kimi qiymətləndirilsə də, ölkə daxilində dərhal ciddi tənqidlərə səbəb olub.

Nəşr yazır ki, qərarın qısa müddətdə dəyişdirilməsi İranın siyasi rəhbərliyi ilə hərbi-mühafizəkar qüvvələr arasında fikir ayrılığını üzə çıxarıb.

Qeyd edək ki, daha əvvəl Ali Milli Təhlükəsizlik Şurası və İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazına nəzarətin ABŞ-la münaqişə başa çatana qədər davam etdiriləcəyini açıqlamışdı.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr