AZ

Merz enerji böhranını müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını çağırmaq niyyətindədir

Almaniya kansleri Fridrix Merz mövcud enerji böhranını müzakirə etmək üçün tezliklə Milli Təhlükəsizlik Şurasını çağırmağı planlaşdırır.

Bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

"Məqsədimiz aydındır: Almaniya iqtisadiyyatı və vətəndaşları dizel yanacağı, benzin və reaktiv yanacaq kimi əsas məhsulların tədarükünün sabit qalacağına əmin olmalıdırlar", - Merz deyib.

O, vəziyyətin hazırda gərgin olduğunu, lakin tədarükün təhlükəsiz olduğunu bildirib.

Seçilən
24
3
apa.az

4Mənbələr