AZ

ABŞ razılaşmaya ciddi yanaşmır - İran XİN rəhbəri

Bakı. Trend:

ABŞ qüvvələrinin İran gəmilərinə qarşı təhdidləri və VaşinqtonunTehrana yönəlmiş məntiqsiz tələbləri ABŞ-nin Körfəz bölgəsindəkivəziyyətin həllinə ciddi yanaşmadığını göstərir.

Trend-inməlumatına görə, bu fikirləri İranın xarici işlər naziri AbbasƏraqçi pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanısəsləndirib.

O bildirib ki, İran limanlarına və gəmilərinə qarşı təhdidlər,eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regional həlləsadiq olmadığını nümayiş etdirir.

Əraqçi əlavə edib ki, “ABŞ-nin ziddiyyətli mövqeyi və atəşkəsrejimini pozması onun qeyri-səmimi niyyətlərini ortaya qoyur”.

İranın xarici işlər naziri ölkəsinin “maraqlarını və millitəhlükəsizliyini qorumaq üçün bütün mövcud vasitələrdən istifadəedəcəyini” vurğulayıb. O, həmçinin regionda sülh və təhlükəsizliyintəmin olunması məqsədilə məsləhətləşmələrin davam etdiyini qeydedib.

Məqalədə:
Seçilən
4
4
az.trend.az

5Mənbələr