AZ

Almaniyada sığınacaq müraciətləri təxminən dörddə bir dəfə azalıb

Almaniya artıq Avropa İttifaqı (Aİ) daxilində sığınacaq axtaran miqrantlar üçün əsas istiqamət yeri deyil.

"Report"un xəbərinə görə, "Welt" qəzeti bu barədə Avropa Komissiyasının (AK) qapalı hesabatına istinadən məlumat verib.

Nəşr qeyd edib ki, 2026-cı ilin birinci rübündə Almaniyada sığınacaq müraciətlərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən dörddə bir dəfə (23 %) azalıb. Nəticədə, 2015-ci ildən bəri ilk dəfə olaraq Almaniya bu cür müraciətlərin sayına görə Avropa reytinqində dördüncü yerə düşərək, uzun müddətdir liderliyini itirib.

Birinci rübdə Almaniyada 28 922 yeni müraciət qeydə alınıb. Fransa 34 643 müraciətlə lider olub, ardınca İspaniya (32 630) və İtaliya (32 602) gəlir. Macarıstan (26) və Slovakiya (35) sonuncu yerdədir. Bu arada, minimal rəqəmlərə baxmayaraq, Macarıstan ötən illə müqayisədə müraciətlərdə 18 % artım olduğunu bildirib.

Sənəddə Almaniya üçün bu statistikanın suriyalılar və ukraynalılardan gələn müraciətlərin sayının azalması ilə əlaqələndirilir.

Seçilən
20
far.az

1Mənbələr