AZ

İran XİN rəhbəri: "ABŞ razılaşmaya ciddi yanaşmır"

ABŞ qüvvələrinin İran gəmilərinə qarşı təhdidləri və Vaşinqtonun Tehrana yönəlmiş məntiqsiz tələbləri ABŞ-nin Körfəz bölgəsindəki vəziyyətin həllinə ciddi yanaşmadığını göstərir.

Publika.azxəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanı səsləndirib.

O bildirib ki, İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regional həllə sadiq olmadığını nümayiş etdirir.

Əraqçi əlavə edib ki, “ABŞ-nin ziddiyyətli mövqeyi və atəşkəs rejimini pozması onun qeyri-səmimi niyyətlərini ortaya qoyur”.

Seçilən
38
2
publika.az

4Mənbələr