AZ

“Tasnim”: İran gəminin ələ keçirilməsinə cavab olaraq ABŞ hərbi gəmilərinə zərbə endirib

Bakı, 20 aprel, AZƏRTAC

İran silahlı qüvvələri İslam Respublikasına məxsus gəminin ələ keçirilməsinə cavab olaraq ABŞ hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbçiləri tərəfindən ələ keçirilən gəmi Çindən Oman körfəzinə doğru hərəkət edirdi. İddialara görə, ABŞ qüvvələri atəşkəsi pozaraq gəmiyə atəş açıb və onun naviqasiya sistemini sıradan çıxarıb. Buna cavab olaraq İran tərəfi ABŞ hərbi gəmilərinə qarşı pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbələr endirib.

Seçilən
50
3
azertag.az

10Mənbələr