AZ

"Neftçi"nin baş məşqçisi: "Bu, bizim kadr problemi ilə bağlıdır”

Kişi voleybolçulardan ibarət "Neftçi" komandası Azərbaycan Yüksək Liqasının üçüncü yer uğrunda oyununda xarakter nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "ağ-qaralar"ın baş məşqçisi Viktor Boldaryev açıqlama verib.

Mütəxəssis "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb:

"Qələbə qazandığımız üçün sevinirik. Adımızı medalçılar sırasına yazdıra bildik.

Oyunçular xarakter nümayiş etdirdilər və güclü rəqiblə dueldən qalib ayrıldılar".

O, finala vəsiqə qazana bilməmələrinin səbəbini də açıqlayıb:

"Bu, bizim kadr problemi ilə bağlı idi. Voleybol tarixində çox nadir hallarda rast gəlinən hadisə baş verdi.

Pley-off oyunlarına 3-4 gün qalmış iki aparıcı voleybolçumuz zədələndi. Bu isə komandaya təsir etdi".

Baş məşqçi növbəti mövsümdəki hədəflər və komandadakı taleyi ilə bağlı danışmaq istəməyib.

Seçilən
19
sportinfo.az

1Mənbələr