AZ

ABŞ Oman körfəzində İran gəmisini ələ keçirib

Bakı, 19 aprel, AZƏRTAC

ABŞ qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb: “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raket esminesi “USS Spruance” Oman körfəzində İranın “Touska” adlı gəmisini ələ keçirib və ona dayanmaq üçün açıq xəbərdarlıq edib. İran heyəti tabe olmaqdan imtina etdiyinə görə, hərbi gəmimiz mühərrik otağında deşik açaraq onu dayandırıb. Hazırda ABŞ dəniz piyadaları gəminin nəzarətini ələ keçirib”.

Seçilən
15
5
azertag.az

10Mənbələr