Malaziyanın Sabah əyalətində yerləşən üzən qəsəbədə baş verən güclü yanğın nəticəsində təxminən 1000 ev tamamilə yanaraq külə çevrilib.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 9 minə yaxın sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalıb və bölgədə humanitar vəziyyət gərginləşib.
Rəsmi qurumların məlumatına görə, yanğın artıq nəzarət altına alınıb və tam söndürülüb. Sevindirici məqam isə odur ki, hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Yerli hakimiyyət orqanları bildirir ki, ilkin ehtimallar arasında elektrik xətləri və ya məişət səbəbləri nəzərdən keçirilir.
Musavat.com