AZ

Berlində elektrik kəsintisinə görə diversiya əlamətləri araşdırılıb

BAKI, 20 aprel. TELEQRAF

Berlin şəhərində Nikolassee rayonunda baş verən elektrik enerjisi kəsintisinin mümkün səbəbi orta gərginlikli kabeldə nasazlıq olub.

Teleqraf xəbər verir ki, DPA agentliyinin yaydığı xəbərdə bildirilir ki, Stromnetz Berlin şirkətinin nümayəndəsi Henrik Beuster hadisədə diversiya əlamətlərinin aşkar edilmədiyini bildirib.

Onun sözlərinə görə, problem avadanlığın köhnəlməsi ilə bağlı ola bilər. Eyni zamanda, kabelin daha əvvəl aparılmış torpaq işləri zamanı zədələnməsi də istisna edilmir.

“Belə hallar kifayət qədər tez-tez baş verir. Tikinti şirkətləri bəzən kabelə zərər verdiklərini dərhal hiss etmirlər. Sonradan isə, məsələn, rütubətin daxil olması problemlərə səbəb ola bilər”, - deyə o qeyd edib.

Bundan əvvəl Bild qəzeti aprelin 18-də Berlində 1,3 mindən çox ev təsərrüfatının elektrik enerjisiz qaldığını yazıb. Şəhərdə baş verən kəsintilər Şteqlits-Çelendorf və Tempelhof-Şöneberq rayonlarını əhatə edib və təxminən bir saat yarımdan sonra enerji təchizatı bərpa olunub.

Xatırladaq ki, yanvarın 3-də Berlində baş verən digər hadisə zamanı təxminən 50 min ev təsərrüfatı və 2 min müəssisə işıqsız qalmışdı. Buna səbəb kabel körpüsündə baş verən yanğın olub və məsuliyyəti “Vulkan” adlı sol radikal anarxist qruplaşma öz üzərinə götürmüşdü.

Seçilən
31
teleqraf.com

1Mənbələr